Britaniyalı nazir Sahibə Qafarova ilə görüşüb - YENİLƏNİB

Britaniyalı nazir Sahibə Qafarova ilə görüşüb -  YENİLƏNİB
  08 Fevral 2021    Oxunub:3724
Fevralın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Dövlət naziri Vendi Morton ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, spiker bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə siyasi əlaqələr yüksək səviyyədədir.

Sədr diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərin inkişafına böyük töhfələr verib.

S. Qafarova bildirib ki, siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz təsirini göstərib: “Bu gün ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. O cümlədən, Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyəti geniş ictimaiyyətə yaxşı məlumdur”.

Böyük Britaniyanın dövlət naziri Vendi Morton Azərbaycana ilk səfərinin təəssüratlarını bölüşüb.

Xanım Vendi Morton Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***
(15:40)

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

Səfir qeyd edib ki, İstanbul Konvensiyasının imzalanması qadınları məişət zorakılığından qorumağa kömək edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VendiMorton  



Xəbər lenti