“Nar” müştərilərin sorğularını operativ şəkildə cavablandırıb
"Nar+" tətbiqinin onlayn çat xidmətinə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Tətbiq bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır. Bundan başqa "Nar"ın rəsmi "Facebook", "Instagram" və "Twitter" səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.
Xüsusi karantin rejimində abunəçilərə evlərini tərk etmədən "Nar" mərkəzlərindəki bir çox xidmətləri təqdim edən "Səyyar Nar" vasitəsilə 400-ə yaxın müştəriyə birbaşa ünvanlarında xidmət göstərilib.
Qeyd edək ki, abunəçilər evlərini tərk etmədən SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları, "ASAN İmza" xidmətinin aktiv edilməsi və digər xidmətlər üçün "Səyyar Nar"a müraciət edə bilərlər. Narsim.az veb-saytı üzərindən isə 7 500-də artıq abunəçi almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən yararlanıb.
Azvision.az
Teqlər: Nar