Erməni döyüşçülər “sürücü” adı ilə imtiyazlardan məhrum edilir
"Müharibənin ilk günündən sonadək döyüşlərdə iştirak etdim və artilleriyaçı olsam da, adımın qarşısında sürücü yazıldı. Halbuki, sürücülük vəsiqəm belə yoxdur. Evə yalnız 19 noyabrda qayıtmışam. Ordudan gəldikdən sonra hərbi biletimdəki qeydə baxıram - sən demə, döyüşlər zamanı mən adi bir sürücü və ya rabitəçi olmuşam. Əslində isə Ağdərə diviziyasının 3-cü batareyasının artilleriya bölməsində döyüşdüm. Bu, həqiqətən hərbi hissənin son alçaldıcı davranışıdır".
Xatırladaq ki, bu, Ermənistanda baş verən ilk anormal hadisə deyil. Müharibədən sonra xeyli sayda könüllünün hərbi biletinə döyüş bölgəsində sürücü kimi xidmət apardığı yazılıb. Məsələ burasındadır ki, sürücülür aktiv döyüş əməliyyatlarının iştirakçısı sayılmadığından onlar postmüharibə dövründə bəzi imtiyazlardan yararlana bilmirlər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Sürücü Hərbi-bilet Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


