Fransız nazir canlı yayımda peyvənd vurdurdu

Fransız nazir canlı yayımda peyvənd vurdurdu
  08 Fevral 2021    Oxunub:2367
Fransanın səhiyyə naziri Olivier Veran koronavirus əleyhinə peyvənd edilib.
Azvision.az xəbər verir ki, ona peyvənd vurulması efirdə birbaşa yayımlanıb.

Veran Fransa hökumətinin vaksinasiya edilən ilk üzvüdür. Nazirə Britaniyanın “AstraZeneca” şirkətinin peyvəndi vurulub.

Səhiyyə nazirinin 40 yaşı var, amma o, həkim olduğu üçün peyvənd almaq hüququna malikdir.

Fransada peyvənd kampaniyası 27 dekabrda başlayıb. Birinci mərhələdə qocalar evlərinin sakinləri, 75 yaşdan yuxarı insanlar və tibb işçiləri vaksinasiyadan keçirilir.

5 fevral tarixinə olan məlumata əsasən, Fransada 1.8 milyondan çox insan ilk doza peyvəndi qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Nazir  



Xəbər lenti