Ter-Petrosyan Fransa səfiri ilə görüşdü

Ter-Petrosyan Fransa səfiri ilə görüşdü
  08 Fevral 2021    Oxunub:2445
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz malikanəsində Fransa səfiri Conatan Lakotta ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Arman Musinyan bildirib.

Onun sözlərinə görə, tərəflər Ermənistan və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər, respublikadakı daxili siyasi inkişaf perspektivlərinə toxunublar.

Həmçinin, sosial-iqtisadi və humanitar xarakterli bir sıra problemlərə diqqət çəkilib.

Ter-Petrosyan bundan əvvəl Rusiya və Amerika səfirləri ilə də görüşüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ter-Petrosyan   Səfir   Görüş  





Xəbər lenti