“Azərbaycan zəngin irsə sahibdir” - Britaniyalı nazir

  08 Fevral 2021    Oxunub : 2470
 “Azərbaycan zəngin irsə sahibdir” -  Britaniyalı nazir
Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton İçərişəhəri ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

"Gözəl Bakının İçərişəhərində oldum. Azərbaycan zəngin irsə sahibdir. Mən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbində oldum. Gənc rəssamları dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlayan Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbində gözəl vaxt keçirdim", - deyə britaniyalı nazir bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: VendiMorton