Ombudsmandan 11 yaşlı qızın nişanlanmasına reaksiya

   Ombudsmandan 11 yaşlı qızın nişanlanmasına reaksiya
  08 Fevral 2021    Oxunub:2320
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra internet səhifələrində Gürcüstanın Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan məlumatlar əsasında Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcariyaya rəsmi müraciət edib.
Bu barədə Azvision.az -a Ombudsman Aparatında məlumat verilib.

Həmin müraciətdə Ombudsman məsələnin ciddiliyini və həssaslığını nəzərə alaraq, Gürcüstanın səlahiyyətli dövlət orqanları tərəfindən faktın dərhal araşdırılması, həmin azyaşlıların hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş edib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Soğanlı kəndində 11 yaşlı qızın dayısı oğlu, 15 yaşlı oğlanla nişanlanması barədə görüntülər yayılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti