Türkiyədə COVID-19-la bağlı son statistika

Türkiyədə COVID-19-la bağlı son statistika
  09 Fevral 2021    Oxunub:2148
Türkiyədə son sutka ərzində 103 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 8103 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 900, virusa yoluxanlar isə 2 539 559 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 449 273 pasiyent (son sutkada 8567 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti