|
| Binəqədidə silah-sursat aşkarlanıb |
COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə iki qrupda - saat 10:00-da və 15:00-da başlanacaq imtahanda namizədlərə iştirak saatları barədə fərdi qaydada məlumat veriləcək. İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı bir saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.
Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Xatırladılır ki, imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”, habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat nazirliyin internet səhifəsində “Qulluğa qəbul” bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, habelə bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.
Qeyd edilir ki, arzu edən namizədlərə test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları onlayn qaydada təşkil edilib.
Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


