Britaniyada son sutkada 333 nəfər virusdan öldü

Britaniyada son sutkada 333 nəfər virusdan öldü
  09 Fevral 2021    Oxunub:1912
Böyük Britaniyada son sutka ərzində 14 104 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 3 959 784 nəfərə çatıb.

Ötən 24 saatda daha 333 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 112 798 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti