Almaniya rus diplomatı arzuolunmaz şəxs elan etdi

Almaniya rus diplomatı arzuolunmaz şəxs elan etdi
  09 Fevral 2021    Oxunub:2093
Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs elan edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Almaniya ilə yanaşı Polşa və İsveç XİN də oxşar addımı atacağını bəyan edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Moskvada və Sankt-Peterburqda qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatını persona non-qrata elan edib. Müvafiq qərarla əlaqədar hər 3 ölkənin səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb.

Azvision.az


Teqlər: Almaniya   Rusiya   Diplomat  





Xəbər lenti