“Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır” - TƏBİB

 “Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır” -    TƏBİB
  09 Fevral 2021    Oxunub:2733
"Vətəndaşların COVID-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür".
Azvision.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə - yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

“Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”.

Azvision.az


Teqlər: TƏBİB   Vaksinasiya  






Xəbər lenti