İranda COVID-19-la bağlı vəziyyət sabitləşir

İranda COVID-19-la bağlı vəziyyət sabitləşir
  09 Fevral 2021    Oxunub:2216
İranda COVID-19 infeksiyası ilə bağlı vəziyyət tədricən sabitləşir.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir.

Nazirlik rəsmisi İranda artıq vaksinasiya prosesinə start verildiyini deyib. Onun sözlərinə görə, peyvənd ilk növbədə tibb işçilərinə vurulur.

Qeyd edək ki, indiyədək İranda virusa yoluxanların sayı 1 milyon 473 min 756, ölənlərin sayı isə 58 min 536 nəfərdir.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti