XİN rəhbəri Filip Rikerlə Qarabağ bəyanatını müzakirə edib

 XİN rəhbəri Filip Rikerlə Qarabağ bəyanatını müzakirə edib
  09 Fevral 2021    Oxunub:2118
Fevralın 8-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Azvision.az -a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  






Xəbər lenti