Rusiya sülhməramlıları Xocavəndi minalardan təmizləyir

 Rusiya sülhməramlıları Xocavəndi minalardan təmizləyir
  09 Fevral 2021    Oxunub:2411
Rusiya Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Xocavənd rayonunun ərazilərini minalardan təmizləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, rusiyalı sülhməramlılar hərbi qulluqçuların təhlükəsizliyini təmin etməyə və yüksək səviyyədə təmizləməyə imkan verən müasir "Uran-6" robot sistemlərindən istifadə edirlər.

"23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 1191,3 hektar ərazini, 350 km-dən çox yol, 1170 tikilini, o cümlədən 29 sosial əhəmiyyətli obyekti partlayıcı vasitələrdən təmizləyib. Təxminən 24,2 min partlayıcı tapılaraq zərərsizləşdirilib”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xocavənd  





Xəbər lenti