Almaniyada koronavirusdan ölüm sayı 62 mini keçib

Almaniyada koronavirusdan ölüm sayı 62 mini keçib
  09 Fevral 2021    Oxunub:1895
Almaniyada son bir gündə 10 485 nəfər koronavirus infeksiyasına yoluxub, 481 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 291 924 yoluxma halı aşkarlanıb, 62 156 ölüm faktı qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  



Xəbər lenti