Yeni xəstəxana korpusu istifadəyə verildi - FOTO

Yeni xəstəxana korpusu istifadəyə verildi -  FOTO
  09 Fevral 2021    Oxunub:4040
Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verilib
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 63 çarpayılıq yeni korpusda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək.

Ümumi 100 çarpayılıq xəstəxana əhalinin sağlamlığının qorunmasına xidmət edir. 356 nəfərlik personal gündə 500-ə qədər xəstə qəbul edə biləcək.

Qeyd edək ki, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası iki korpuslu stasionar və poliklinika şöbələrindən ibarətdir.

Müasir avadanlıqlarla təchiz edilmiş yeni korpusu Səhiyyə Nazirliyi bugündən vətəndaşların xidmətinə verir.











Azvision.az


Teqlər: Səhiyyə   Xəstəxana  






Xəbər lenti