“Kapital Bank”dan endirimli şərtlərlə daxili ipoteka krediti

“Kapital Bank”dan endirimli şərtlərlə daxili ipoteka krediti
  09 Fevral 2021    Oxunub:1890
“Kapital Bank” evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Ev almaq arzusunda olanlar artıq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən 250 min manatadək məbləğdə olan daxili ipoteka kreditindən bəhrələnə bilərlər.
İpoteka kreditinin məbləği 30 min – 250 min manat aralığında dəyişir, müddəti isə 3 ildən 20 ilədək təşkil edir. İllik faiz dərəcəsi 10 faizdən başlayaraq müəyyən olunur. “Kapital Bank” ilə tərəfdaş olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 min manata kimi artırıla bilər.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 30 faiz – 50 faiz aralığında dəyişir. İpoteka krediti verildikdə əmlak və həyat sığortası üzrə sığortalanma prosesi, eyni zamanda, təminatın qiymətləndirilməsi əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250-99-99 “WhatsApp” nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Kapital-Bank  





Xəbər lenti