Ukraynada pandemiya qurbanlarının sayı artır

  09 Fevral 2021    Oxunub : 1283
Ukraynada pandemiya qurbanlarının sayı artır
Ukraynada son sutka ərzində koronavirus infeksiyasına 2656 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, indiyədək 1 249 646 nəfərdə virus aşkarlanıb.

Son sutkada 127 nəfər olmaqla, ümumilikdə 23 771 pasiyent pandemiyanın qurbanı olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Koronavirus