Ordumuz azad edilmiş ərazilərdə döyüş hazırlığı keçir

 Ordumuz azad edilmiş ərazilərdə döyüş hazırlığı keçir
  09 Fevral 2021    Oxunub:1778
Azərbaycan Ordusu Vətən müharibəsi başa çatdıqdan sonra Müdafiə naziri tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına müvafiq olaraq hazırda daimi dislokasiya məntəqələrində, eyni zamanda işğaldan azad edilmiş yeni ərazilərdə yerləşib və orada döyüş hazırlığı ilə məşğul olur.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Artilleriya Qoşunları da eyni zamanda döyüş hazırlığı ilə məşğul olur, yüksək texnoloji silahları mənimsəyir, bu silahlar şəxsi heyətə praktiki öyrədilir, artilleriyaçılarımızın peşəkarlığı təmin edilir.

Azvision.az


Teqlər: Artilleriya   Qoşun   Təlim  





Xəbər lenti