“İlham Əliyevlə görüşməkdən məmnun oldum” - Britaniyalı nazir

“İlham Əliyevlə görüşməkdən məmnun oldum” -  Britaniyalı nazir
  09 Fevral 2021    Oxunub:3290
“Sıx əlaqələrimizi və Qafqaz regionunda sülh və sabitliyə sadiqliyimizi təsdiqləmək üçün Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum”.
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton “Tvitter” hesabında yazıb.

“Ölkələrimiz uzun müddətli enerji tərəfdaşlarıdır və biz Azərbaycanın bərpa olunan enerjiyə keçidini dəstəkləməyə hazırıq”, - deyə britaniyalı nazir bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VendiMorton  



Xəbər lenti