Qarabağ üzrə üçtərəfli alt qrupun iclası keçirilib

Qarabağ üzrə üçtərəfli alt qrupun iclası keçirilib
  09 Fevral 2021    Oxunub:2395
Dağlıq Qarabağa dair dəmiryol, avtomobil və yük daşınması üzrə üçtərəfli alt qrupun iclası keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin görüşü videokonfrans formatında baş tutub.

İştirakçılar dəmir yollarının vəziyyətini, həmçinin Dağlıq Qarabağ ətrafındakı ərazidə avtomobil əlaqələrinin imkanlarını müzakirə ediblər. Tərəflər bu məsələlər barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, alt qrupu Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində fəaliyyət göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   İclas  





Xəbər lenti