Baş Prokurorluğun mətbuat xidmətindən
Azvision.az --a bildiriblər ki, fevralın 5-də keçirilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər 3x4 sm ölçüdə ağ fonda çəkilmiş 4 ədəd rəngli fotoşəkil, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diploma əlavənin (qiymət cədvəlinin) və hərbi biletin notariat qaydasında, əmək kitabçasının isə notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surətlərini, yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (forma № 086), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə, yaşadığı ünvan və ailə tərkibi haqqında, eləcə də yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayışları fevralın 9-dan 25-dək həftənin bazar günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər.
Sənədlərin qəbulu koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq aparılacaq.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Azvision.az