Prokurorluq imtahandan keçən namizədlərə müraciət etdi

Prokurorluq imtahandan keçən namizədlərə müraciət etdi
  09 Fevral 2021    Oxunub:1087
Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə fevralın 5-də Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 22-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib və imtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az), habelə Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az --a bildiriblər ki, fevralın 5-də keçirilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər 3x4 sm ölçüdə ağ fonda çəkilmiş 4 ədəd rəngli fotoşəkil, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diploma əlavənin (qiymət cədvəlinin) və hərbi biletin notariat qaydasında, əmək kitabçasının isə notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surətlərini, yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (forma № 086), habelə ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə, yaşadığı ünvan və ailə tərkibi haqqında, eləcə də yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayışları fevralın 9-dan 25-dək həftənin bazar günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) Kadrlar idarəsinin əməkdaşına təqdim etməlidirlər.

Sənədlərin qəbulu koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən xüsusi rejimdə iş normalarına dair verilmiş təlimata uyğun olaraq aparılacaq.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82, 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Azvision.az



Teqlər:






Xəbər lenti