Rusiyada 5 nəfər evdə yanaraq ölüb

Rusiyada 5 nəfər evdə yanaraq ölüb
  09 Fevral 2021    Oxunub:2048
Rusiyanın Sıktıkvar şəhərində həyət evində baş vermiş yanğın nəticəsində 5 nəfər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.

“Yanğında beş nəfər ölüb. Onlar yaşca böyük insanlardır. Qurbanların şəxsiyyəti müəyyənləşdirilir. Müstəntiqlər hadisə yerində işləyirlər”, - deyə məlumatda vurğulanıb.

Xilasedicilər evdəki yanğının 49 kv.m sahədə lokallaşdırıldığını deyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti