Ermənistandan əsgərlər artıq Qarabağa göndərilmir
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Qeyd edilib ki, orduya qış çağırışı faktiki olaraq fevral ayının əvvəllərində başlayıb və Ermənistandan olan çağırışçılar yalnız ölkə daxilindəki hərbi hissələrdə xidmət edəcəklər.
Daha əvvəl mətbuatda və sosial şəbəkələrdə Dağlıq Qarabağın “müdafiə ordusunun” ləğvi barədə məlumatlar yayılmışdı. Qarabağ separatçıların lideri Arayik Arutyunyan isə yayılan xəbərləri təkzib etmişdi.
Xatırladaq ki, Ermənistanda əsgər valideynləri mütəmadi olaraq aksiya keçirərək övladlarının Qarabağda ölməsini istəmədiklərini və onların həmin ərazilərə göndərilməməsini tələb edirdilər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Əsgər Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


