ATU-nun klinikası koronavirus xəstələrinin qəbulunu dayandırır

ATU-nun klinikası koronavirus xəstələrinin qəbulunu dayandırır
  09 Fevral 2021    Oxunub:2466
Sabahdan etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası koronavirus xəstələrinin qəbulunu dayandırır. Klinika normal fəaliyyətə başlayacaq və adi qaydada xəstələri qəbul edəcək.
Bu barədə Azvision.az -a ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib. O bildirib  ki, fevralın 15-dən tələbələr üçün klinik fənlərin tədrisi klinikalarda davam etdiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin qərarı ilə ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) fevralın 15-dən ənənəvi formada bərpa olunacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: ATU   Koronavirus  





Xəbər lenti