Ermənistanda “əsir qaytaran” dələduz saxlanıldı

 Ermənistanda “əsir qaytaran” dələduz saxlanıldı
  09 Fevral 2021    Oxunub:2257
Ermənistanda itkin düşən hərbçilərlə bağlı qalmaqallar səngimir
Azvision.az xəbər verir ki, bu gün erməni KİV-ləri iki biabırçı hadisə barədə məlumat yayıblar.

Belə ki, itkin düşən əsgərlərdən birinin əmisi jurnalistlərə axtarışların öz şəxsi hesablarına aparıldığını deyib. Onun sözlərinə görə, kapitulyasiyadan 4 ay sonra əsgər valideynlərinin şikayətinə baxılıb: "Yalnız bu gün etiraz etdikdən sonra müdafiə naziri əraziyə bələd olan komandirlərə itkin düşmüş əsgərin valideynlərinə dəstək olmağı tapşırdı".

Etiraza qalxan digər əsgər yaxınları da axtarışların dövlət tərəfindən deyil, özlərinin təşəbbüsü ilə aparıldığını deyib, Müdafiə Nazirliyinin valideynlərə yardım etmədiyini vurğulayıblar.

Digər qalmaqallı hadisə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçiridiyi xüsusi əməliyyat nəticəsində saxlanılan erməni sakinlə bağlıdır. Hələlik adı açıqlanmayan şəxs itkin düşmüş əsgərlərdən birinin valideynini aldadaraq ondan külli miqdarda pul alıb.

Dələduz valideynlərin etimadından sui-istifadə edərək onları inandırıb ki, əsgərin Bakıda həbsxanalardan birində saxlanılması haqqında məlumatlara malikdir. Əsirin geri qayıtması üçün guya müəyyən vasitələrlə pul ötürülməlidir, əgər bir neçə min dollar pul ala bilsə, əsgəri geri qaytara bilər. MTX əməkdaşları onun əməlini ifşa edərək saxlayıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: İtkin   Ermənistan   Qalmaqal  



Xəbər lenti