Paşinyan Rusiyaya gedir

 Paşinyan Rusiyaya gedir
  09 Fevral 2021    Oxunub:2711
Ermənistanın baş naziri Nikol Paşinyan gözlənilmədən Rusiyaya səfərə gedir.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Qeyd edilib ki, səfərin detalları gizli saxlanılır: "Əldə etdiyimiz məlumata görə, baş nazir Nikol Paşinyan yenidən Rusiyaya səfər edəcək. O, fevralın 10-da Moskvaya yola düşəcək və 11-də geri dönəcək. Səfərin səbəbini, kimlərlə görüşlərin olacağını və ya hansı məsələlərin müzakirə ediləcəyini öyrənə bilmədik. Baş nazirin mətbuat katibi Mane Gevorqyan isə məsələ ilə bağlı sualımıza “Hazırda bu barədə məndə xəbər yoxdur, əgər nəsə informasiya olsa, məlumat verəcəyik”, - deyərək cavab verib".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Səfər   Rusiya  





Xəbər lenti