Azərbaycanın su ehtiyatları azalır

Azərbaycanın su ehtiyatları azalır
  09 Fevral 2021    Oxunub:3718
"Son 7-8 ildə Azərbaycanda su ehtiyatları iqlim dəyişmələri və quraqlıq səbəbindən azalmağa doğru gedir”.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, nəticədə buxarlanmalar və su itkiləri çoxalır.

“Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub”.

M.Əbdülhəsənov qeyd edib ki, keçən il Kür çayında suyun azalmasından sonra qabaqlayıcı tədbirlər görülüb.”Mingəçevr su anbarında suyun səviyyəsi keçən illə müqayisədə 1,16 metr yüksəkdir. Kür çayının suyuna mütəmadi nəzarət olunur, dinamikalar öyrənilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Su  





Xəbər lenti