Aronyanın anası oğlunu təhqir edənlərə cavab verdi

 Aronyanın anası oğlunu təhqir edənlərə cavab verdi
  09 Fevral 2021    Oxunub:2205
Erməni qrossmeyster Levon Aronyanın anası Seda Aronova oğluna qarşı yönəlmiş tənqid və təhqirlərə cavab verib.
Azvision.az xəbər verir ki, o, “Facebook” səhifəsində bu cür münasibəti mənasız və boşboğazlıq adlandırıb.

Daha əvvəl erməni mətbuatında Aronyanın maliyyənin yetərli olmadığı üçün Ermənistan bayrağı altında çıxış etməkdən imtinası və həmişəlik ABŞ-a köçəcəyinə dair məlumatlar yayılıb. Həmçinin, onun bundan sonra ABŞ-ı təmsil edəcəyi bildirilir.

Ardınca ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2019-cu ildə şahmatçıya 133 min dollar pul ayrıldığını bəyan edib. Sosial şəbəkələrdə isə şahmatçını təhqir etməyə, söyməyə başlayıblar.

İdmançının anası bildirib ki, Aronyan Ermənistan milli şahmat yığmasının kapitanı olaraq cəmi 200 min dram (indiki məzənnə ilə 400 dollardan az) pul alır. Göstərilən 133 min dollar şəxsən Aronyana ayrılıb, lakin bu pul ona şahmat federasiyasının serverlərindən istifadə etmək üçün icazə almaq məqsədilə köçürülüb. Üstəlik, bu icazə 2020-ci ildən dayandırılıb.

Şahmatçının anası onu da deyib ki, oğlu xeyriyyə tədbirlərində iştirak edib, “Hayastan” Ümumerməni Fonduna köçürmə edib. Maddi baxımdan daha cəlbedici ölkələrdən çoxsaylı təklif almasına baxmayaraq, Ermənistan bayrağı altında çıxış etməyə üstünlük verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LevonAronyan  





Xəbər lenti