Ölkəmizdə yeni su anbarları inşa ediləcək

 Ölkəmizdə yeni su anbarları inşa ediləcək
  09 Fevral 2021    Oxunub:2171
Prezident İlham Əliyevin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, Böyük Qafqaz dağlarının ətəyində olan Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay üzərində yeni su anbarları inşa ediləcək.

"Eyni zamanda, Kiçik Qafqaz dağlarının ətəyində olan iki çay üzərində də su anbarları inşa ediləcək. Su anbarlarının texniki iqtisadi əsasları hazırlanır. Yaxın illərdə bu anbarların tikintisinə başlanılacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Suanbarı  





Xəbər lenti