“Virusun Uhanda yaranmasına dair sübut yoxdur” - Çinli ekspert
O deyib ki, mövcud epidemioloji məlumatlar əsasında COVID-19-un Uhan bazarına necə sızması barədə ətraflı məlumatlara malik deyillər. Lianq Vannian, həmçinin əlavə edib ki, hazırkı pandemiyaya səbəb olan SARS-Cov-2 virusunun birbaşa sələfi olan koronavirus təbiətdə aşkarlanmayıb.
"Bəziləri bunu Uhan dəniz məhsulları bazarı, digərləri başqa bazarlarla əlaqələndirsələr də, bir çoxları belə bir əlaqə göstərməyib. Daha əvvəl də bildirildiyi kimi, ilk xəstələr bu bazarda çalışıb. Lakin elm adamları mövcud məlumatlar əsasında virusun Uhan bazarına necə gəldiyini, bazarın virusun yayılmasında oynadığı rolla bağlı birmənalı nəticəyə gələ bilməyiblər", - çinli ekspert deyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: koronavirus







Vaxtında, Aydın, Lazımlı!


