DMX-nin Çağrı mərkəzinə 8278 zəng daxil olub

DMX-nin Çağrı mərkəzinə 8278 zəng daxil olub
  09 Fevral 2021    Oxunub:2060
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzinə bu ilin yanvar ayı ərzində 8278 zəng daxil olub. Onlardan 7502-si Azərbaycan dilində, 707-si rus dilində, 69-u isə ingilis dilində cavablandırılıb.
DMX-dən Azvision.az
-a bildiriblər ki, qəbul edilən zənglərin 2937-si müvəqqəti yaşama icazəsi, 2076-sı müvəqqəti olma müddətinin uzadılması, 376-sı daimi yaşama icazəsi, 396-sı iş icazəsi, 607-si vətəndaşlıq məsələləri, 167-si olduğu yer üzrə qeydiyyat, 1719-u isə digər məsələlərlə bağlı olub.

Azvision.az



Teqlər: DMX  





Xəbər lenti