“Aeroflot” Bakıya uçuşları bərpa edir

 “Aeroflot” Bakıya uçuşları bərpa edir
  09 Fevral 2021    Oxunub:2311
Rusiyanın “Aeroflot” hava yolları şirkəti Bakıya uçuşları bərpa edir.
Azvision.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Bakı ilə yanaşı Almatı, İrəvan, Dehli ilə müntəzəm uçuşlar bərpa edilir, Nur-Sultan, Minsk, Qahirə və Bişkekə isə uçuşların sayı artırılır.

Bundan əlavə, Sankt-Peterburq-Minsk reysinin açılmasına qərar verilib.

Xatırladaq ki, daha əvvəl Rusiya hökumətinin rəhbəri Mixail Mişustin fevralın 15-də həftədə iki dəfə olmaqla Azərbaycana aviareysləri bərpa etmək barədə müvafiq qərar imzalayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Təyyarə   Aviareys  





Xəbər lenti