DİN-dən sürücünün döyülməsi iddialarına cavab

DİN-dən sürücünün döyülməsi iddialarına cavab
  09 Fevral 2021    Oxunub:3231
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı yayılan iddialara cavab verib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır:

İnzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb
“Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Ailə üzvlərinin ictimai təhülkəli əməl törədən şəxsiin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb”.

Vətəndaşın zirzəmidə saxlanmasına iddiasına toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib.

Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması nəticələnən hala görə ekspertiza təyin edilib.

Azvision.az


Teqlər: DİN   Sumqayıt   Polis  





Xəbər lenti