“Azərbaycan müasir və dinamikdir” - Vendi Morton

    “Azərbaycan müasir və dinamikdir” -    Vendi Morton
  09 Fevral 2021    Oxunub:2821
“Böyük Britaniyanın müasir və dinamik Azərbaycana necə töhfə verdiyini görmək çox xoşdur”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Britaniyanın Avropa qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton deyib.

Nazir məşhur britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzini ziyarət etdiyini bildirib.

“Məşhur London elektrik taksilərimizin Bakıda karbon emissiyalarını azaltmağa kömək etdiyini görməkdən məmnunam”, - o, həmçinin deyib.

Bundan əlavə, Britaniyanın dövlət naziri qeyd edib ki, COVID-19-dan və Dağlıq Qarabağdakı münaqişədən sonra onun ölkəsinin bərpa olunan enerji və yaşıl texnologiyalara əsaslanan layihələrə keçidi təşviq etmək, əməkdaşlığı müzakirə etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb:

“Birləşmiş Krallığın cari ilin noyabr ayında ev sahibliyi etdiyi qlobal iqlim dəyişikliyi üzrə zirvə toplantısından əvvəl ölkələrimizin iqlim dəyişikliyi ilə birlikdə mübarizə aparması üçün geniş imkanlar mövcuddur. Birləşmiş Krallıq Azərbaycanın bərpa olunan enerjiyə keçidini və 2030-cu ilə qədər karbon emissiyalarının daha da azaldılmasını ehtiva edən iddialı iqlim hədəflərinə çatmasını dəstəkləməyə hazırdır”.

Azvision.az


Teqlər: Britaniya   Nazir  





Xəbər lenti