Nazirlik yanında İctimai Şuranın yeni tərkibi seçildi

Nazirlik yanında İctimai Şuranın yeni tərkibi seçildi
  10 Fevral 2021    Oxunub:2457
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, seçkinin təşkili məqsədilə müvafiq komissiya yaradılıb. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiqlənib. Səsvermədə iştirak üçün QHT və KİV-in 260 nümayəndəsi qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib.

Seçicilərin fəallığı şəraitində, şəffaf şəkildə keçirilən seçki nəticəsində İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib.

“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şura aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakına, ictimai nəzarətin təmin olunmasına xidmət edir. İctimai Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.

Azvision.az


Teqlər: ƏƏSMN   Nazirlik  






Xəbər lenti