Britaniya turistlər üçün qaydaları sərtləşdirdi

Britaniya turistlər üçün qaydaları sərtləşdirdi
  10 Fevral 2021    Oxunub:2283
Böyük Britaniyaya giriş qaydaları sərtləşdirir.

Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Mett Henkok deyib.
"Xüsusi otellərdə karantində qalmalı olan şəxslər daxil olmaqla ölkəyə gələn bütün insanlar səfərdən ən geci 72 saat əvvəl edilən testin nəticəsini təqdim etməlidirlər. İndi isə onlar karantinin ikinci və səkkizinci günlərində PZR testləri verməli olacaqlar", - deyə nazir vurğulayıb.

Yeni qərar fevralın 15-də qüvvəyə minəcək.

Qeyd edək ki, Britaniyada karantinin müddəti 10 gündür.

Azvision.az



Teqlər: Britaniya  



Xəbər lenti