Xələf Xələfov Moskvada Rudenko ilə danışıqlar aparıb

Xələf Xələfov Moskvada Rudenko ilə danışıqlar aparıb
  10 Fevral 2021    Oxunub:3209
Fevralın 9-da Moskvada Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycan XİN başçısının müavini Xələf Xələfov arasında görüş strateji əməkdaşlıq münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv dialoq mühitində baş tutub.

Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq miqyasda aktual məsələlər müzakirə olunub.

Azvision.az


Teqlər: Rusiya   XİN  



Xəbər lenti