Dünyada koronavirusla bağlı son statistika

Dünyada koronavirusla bağlı son statistika
  10 Fevral 2021    Oxunub:1685
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 107 milyon 411 min 435 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 351 min 192 nəfərdir. İndiyədək 79 milyon 322 min 447 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 27 799 946 nəfər virusa yoluxub, 479 772 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 858 300 yoluxma qeydə alınıb. Onlardan 155 280 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 602 034 nəfərdə virus aşkar edilib. Xəstələrdən 233 588 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 998 216 yoluxma, 77 598 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 972 148 nəfər virusa yoluxub ki, onlardan 113 850-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti