Peru prezidenti canlı yayımda peyvənd vurdurdu

Peru prezidenti canlı yayımda peyvənd vurdurdu
  10 Fevral 2021    Oxunub:2591
Peru Prezidenti Fransisko Saqasti koronavirus əleyhinə peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə “El Comercio” nəşri məlumat yayıb.

Prezidentin peyvənd proseduru yerli telekanalın efirində canlı yayımlanıb.

Prosedurun sonunda Peru liderinə peyvənd sertifikatı təqdim edilib. O, 21 gün sonra Çinin “Sinopharm” şirkətinin istehsalı olan preparatın ikinci dozasını qəbul edəcək.

Qeyd edək ki, Peruda çərşənbə axşamı peyvənd kampaniyasının birinci mərhələsi başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  





Xəbər lenti