Birgə Mərkəzdəki rus hərbçilər peyvənd olundular

Birgə Mərkəzdəki rus hərbçilər peyvənd olundular
  10 Fevral 2021    Oxunub:2965
Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən rus hərbi personalın vaksinasiyasını tamamlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, sülhməramlı kontingent heyətinin də peyvənd olunması planlaşdırıldığı kimi davam edir. Bu günə qədər 1500 hərbi qulluqçu peyvənd edilib.

Xatırladaq ki, birgə mərkəz yanvarın 30-da Ağdam ərazisində fəaliyyətə başlayıb. Mərkəzdə 60 türk, 60 rus hərbçi fəaliyyət göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Birgə-Mərkəz   Peyvənd  





Xəbər lenti