“Bizdən fərqli olaraq qazanan azərbaycanlılar oldu” - Andranik Tevanyan

  10 Fevral 2021    Oxunub : 1667
“Bizdən fərqli olaraq qazanan azərbaycanlılar oldu” -   Andranik Tevanyan
“Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan Ermənistanın postmüharibə dövrünə ağır itkilərlə daxil olduğunu deyib.
Azvision.az xəbər verir ki, Tevanyan Birinci Qarabağ müharibəsində insan itkiləri ilə üzləşsələr də, xeyli qazanc əldə etdiklərini bildirib. İkinci Qarabağ müharibəsində isə bunun tam əksi baş verib.

"Təslim olan tərəf fayda götürə bilməz. Böyük sayda insan itkilərimiz, Qarabağda "dövlətçiliyin" itirilməsi buna misal ola bilər. Bizdən fərqli olaraq azərbaycanlılar qazandıqlarını sayırlar. Nikol Paşinyan da hesablamalarını aparır. Onun üçün çox az itkinin olduğu ortaya çıxıb. Paşinyanın siyasi kursunu dəstəkləyən nümayəndələrindən biri səmimi şəkildə hakim fraksiyanın yalnız bir neçə adamı, 3-4 millət vəkilini itirdiyini qeyd edib. Qalanlarına gəldikdə, onların da qazandıqları düşmənlərimizin əldə etdiyi nailiyyətləri ilə eynidir. Şuşa da onlar üçün "bədbəxt, darıxdırıcı bir şəhər" idi", - deyən Andranik Tevanyan Ermənistan hakimiyyətini uğursuzluqda ittiham edib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Qarabağ   Şuşa