Ermənistanda koronavirusdan ölənlərin sayı 3130-a çatdı

 Ermənistanda koronavirusdan ölənlərin sayı 3130-a çatdı
  10 Fevral 2021    Oxunub:2053
Ermənistanda son sutka ərzində daha 196 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 1698 496 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3130-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 786 nəfərdir. Aktiv xəstələrin sayı 4175 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti