Peşəkar mühasiblər dövlət reyestrinə daxil ediləcək

Peşəkar mühasiblər dövlət reyestrinə daxil ediləcək
  10 Fevral 2021    Oxunub:1811
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi “PMS İnformasiya Mərkəzi” yaradıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlardan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatı (PMS) alan və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər dövlət reyestrinə daxil ediləcəklər. “PMS İnformasiya Mərkəzi” Peşəkar PMS-in əldə edilməsi, imtahanlarda iştirak qaydaları və qanunvericilikdən irəli gələn digər hallarla bağlı mühasiblərə dəstək olur. Onların mövzu ilə bağlı suallarını Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin və Maliyyə Elm-Tədris Mərkəzinin bu sahədə ixtisaslaşmış əməkdaşları cavablandırr (tel: 012 404 81 50).

Məqsəd mühasiblərin peşəkarlığının artırılmasına dəstək verməkdir. “Mühasibat uçotu haqqında” qanunun 3.4-cü maddəsinə görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Azvision.az


Teqlər: Mühasib  





Xəbər lenti