Rusiyada koronavirusa yoluxma sayı 4 milyonu keçdi

 Rusiyada koronavirusa yoluxma sayı 4 milyonu keçdi
  10 Fevral 2021    Oxunub:2192
Rusiyada son sutka ərzində koronavirusa 14 922 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 012 710 nəfərə çatıb.

Rusiyada bir gündə 536 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 77 598 nəfərdir. İndiyədək 3 516 461 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti