Ermənistanın müdafiə naziri general Muradova təşəkkür etdi

Ermənistanın müdafiə naziri general Muradova təşəkkür etdi
  10 Fevral 2021    Oxunub:2002
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Arutyunyan general-leytenant Muradova əsirlərin mübadiləsindəki fəal iştirakına və itkin düşənlərin axtarışında göstərdiyi köməyə görə təşəkkür edib, rus kontingentinin fəaliyyətinin səmərəliliyini qeyd edib.

Görüşdə bir sıra qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub. Arutyunyan əldə olunmuş razılaşmaların qorunması üçün işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir nəfər Azərbaycana, 5 hərbi əsir isə Ermənistana qaytarılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  



Xəbər lenti