Ermənilər Paşinyanın “Nürnberq” məhkəməsini gözləyir

Ermənilər Paşinyanın “Nürnberq” məhkəməsini gözləyir
  10 Fevral 2021    Oxunub:2754
Ermənistanda daxili siyasi gərginlik, sosial narazılıq elə həddə çatıb ki, vətəndaşlar ölkə rəhbərliyini açıq şəkildə tənqid edir, müharibənin ağır nəticələrindən əziyyət çəkdiklərinə görə baş nazir Nikol Paşinyanı canlı yayımda belə aşağılayırlar.
Azvision.az xəbər verir ki, Qarabağ müharibəsində övladını itirən əsgər atalarından biri məşhur Nürnberq məhkəməsini xatırladaraq Paşinyanın cəzalandırılmasını tələb edib.

“Nikol, arvadın Annanın əlindən tut, prokurorluğa get və həbsini tələb et. Bunu övladlarınız üçün et! Bu addımı nə qədər tez atsanız, sizin üçün bir o qədər yaxşı olacaq. Ən azı 5000 oğlanımız öldürüldü. Bu 5 min qurbanın valideynləri, gənc ataları, anaları, qardaşları və dostları var. Hansılar ki, ki, nə vaxt bu dövlətin güc tapıb Nürnberq məhkəməsini təşkil edəcəyini gözləyirlər", - deyə əsgər valideyni televiziyada çıxışı zamanı bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti