10 gündə gömrüyə 170 min bağlama daxil olub

10 gündə gömrüyə 170 min bağlama daxil olub
  10 Fevral 2021    Oxunub:2271
Yanvarın 1-dən bu günə qədər 170 minə yaxın bağlama gömrüyə bəyan olunub. Bu, yüksək rəqəmdir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Layihələrin İdarəolunması şöbəsinin inspektoru Tuncay Əlibəyli deyib. O bildirib ki, Gömrük Komitəsi bu işi uğurla yerinə yetirdiyi üçün növbəti aylarda rəqəmlər artacaq.

“Bu, digər ölkələr üçün yaxşı nümunədir. Gömrük Komitəsi beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslərin sifarişini gömrükdə bəyan etmək layihəsini qanunvericiliyə uyğun hazırlayıb və vətəndaşların xidmətinə verib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Gömrük   Bağlama  





Xəbər lenti